EN

Oman Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Oman bu ilin avqustundan Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

"Oman hökuməti ölkə vətəndaşlarının birtərəfli qaydada vizadan azad edilməsi ilə bağlı Ermənistan hökumətinin verdiyi qərarı yüksək qiymətləndirərək, avqustun 11-dən Ermənistan vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında qərar qəbul edib", - o qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, qısamüddətli səfərlərə şamil edilən vizasız rejim turizm və humanitar əlaqələrin inkişafına töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
59
7
bakivaxti.az

10Sources