EN

Bu universitetlərin tələbələrinə “TələbəPlus” kartı verilib – RƏSMİ

Azərbaycanda ötən ildən başlayaraq ali təhsil müəsissələrinin tələbələri üçün “TələbəPlus” kartının verilnəsinə başlanılıb.

Bu barədə  Təhsilin İnkişaf Fondundan bildirilib.

Fondun mətbuat katibi Könül Abdulrəşidova bildirib ki, “TələbəPlus” layihəsinə qoşulma prosesi mərhələli şəkildə həyata keçirilir:

TələbəPlus kartının hazırda təqdim edildiyi ali təhsil müəssisələrinin siyahısı:

1. Bakı Dövlət Universiteti

2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

3. ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universiteti

4. Azərbaycan Texniki Universiteti

5. Azərbaycan Dövlət İqtisad Universiteti

6. Azərbaycan Dövlət Pedaqoji Universiteti

7. Azərbaycan Memarlıq və İnşaat Universiteti

8. Bakı Slavyan Universiteti

9. Azərbaycan Dillər Universiteti

10. Bakı Mühəndislik Universiteti

11. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

12. Sumqayıt Dövlət Universiteti

13. Lənkəran Dövlət Universiteti

14. Gəncə Dövlət Universiteti

15. Azərbaycan Texnologiya Universiteti

16. Mingəçevir Dövlət Universiteti

17. Naxçıvan Dövlət Universiteti

18. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

19. Azərbaycan Milli Konservatoriyası

20. Naxçıvan Müəllimlər İnstitutu

21. Türkiyə-Azərbaycan Universiteti

22. Azərbaycan Dövlət Aqrar Universiteti

23. Bakı Avrasiya Universiteti

24. Azərbaycan Əmək və Sosial Münasibətlər

Təhsilin İnkişaf Fondundan verilən məlumata görə, növbəti tədris ilində də universitetlərin təşəbbüsü və texniki uyğunluğu nəzərə alınmaqla, yeni təhsil ocaqlarının layihəyə daxil edilməsi planlaşdırılır. Həmçinin qeyd edilib ki, məqsəd ölkə üzrə bütün ali təhsil müəssisələrini vahid tələbə kartı ilə təmin etməkdir.

modern.az

Chosen
22
3
banco.az

7Sources