Lənkəranda 6 yaşlı uşağı maşın vurub.
Moderator.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin 20 Yanvar küçəsində baş verib. Hərəkətdə olan "QAZ-3110" markalı avtomobil yolu əks istiqamətə keçmək istəyən 2019-cu il təvəllüdlü A.İsmayılzadəni vurub.
Ağır xəsarət alan azyaşlı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Xəstəxanadan verilən məlumata görə, A.İsmayılzadənin huşu tam aydın deyil, baş nahiyəsində çoxsaylı əzilmiş yaralar, həmçinin sağ çiynində sınıq var. O, reanimasiya şöbəsinə yerləşdirilib və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.