EN

Azərbaycanda əmək sahəsinə aid yeni dövlət standartları qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) əmək sahəsində 17 yeni dövlət standartı qəbul edib.

AzNews.az AZSTAND-a istinadən xəbər verir ki, bunlar, aşağıdakılardır:

- AZS ISO 374-4:2025 “Təhlükəli kimyəvi maddələrə və mikroorqanizmlərə qarşı qoruyucu əlcəklər - 4-cü hissə: Kimyəvi maddələrin deqradasiyasına qarşı müqavimətin təyini”;

- AZS ISO 20320:2025 “Snoubordinq üçün qoruyucu geyim - Bilək qoruyucuları - Tələblər və sınaq üsulları”;

- AZS ISO 20346:2025 “Fərdi mühafizə vasitələri - Qoruyucu ayaqqabılar”;

- AZS ISO 20347:2025 Fərdi mühafizə vasitələri - İşçi ayaqqabıları (ISO 20347:2021 Personal protective equipment - Occupational footwear)

- AZS ISO 20349-2:2025 “Fərdi mühafizə vasitələri — Metaltökmə zavodlarında və qaynaq işlərində ortaya çıxan risklərdən qoruyan ayaqqabılar - Hissə 2: Qaynaq və əlaqəli proseslərdə risklərdən qorunma üzrə tələblər və sınaq üsulları”;

- AZS ISO 6530:2025 “Qoruyucu geyim - Maye kimyəvi maddələrə qarşı mühafizə - Mayelərin nüfuz etməsinə qarşı materialların davamlılığı üzrə sınaq üsulu”;

- AZS ISO 6942:2025 “Qoruyucu geyimlər - İstilik və alovdan qorunma - Sınaq üsulu: Materialların və material birləşmələrinin istilik radiasiyası mənbəyinə məruz qaldıqda qiymətləndirilməsi”;

- AZS ISO 9151:2025 “İstiliyin və alovun təsirinə qarşı qoruyucu geyim - Alova məruz qalma zamanı istilikötürmənin təyini”;

- AZS ISO 12312-1:2025 “Gözlərin və üzün mühafizəsi - Gün eynəkləri və gözlə əlaqəli mühafizə vasitələri - 1-ci hissə:Ümumi istifadə üçün gün eynəkləri”;

- AZS ISO 12312-2:2025 “Gözlərin və üzün mühafizəsi - Gün eynəkləri və gözlə əlaqəli mühafizə vasitələri - 2-ci hissə:Günəşin birbaşa müşahidəsi üçün filtrlər”;

Chosen
6
19
aznews.az

10Sources