EN

Çelyabinskdə uşaq bağçasını ildırım vurub

Rusiyanın Çelyabinsk vilayətində uşaq bağçasını ildırım vurduqdan sonra uşaqlar təxliyə edilib.

Qaziler.az bildirir ki, bu barədə “74.ru” məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, ildırımın ardınca güclü partlayış baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilərin sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.

İldırım çaxdıqdan sonra damda qısaqapanma olub, xoşbəxtlikdən yanğına çevrilməyib.

“Xilasetmə xidməti gələn zaman yanğın və ya tüstü izləri müşahidə edilməyib”, - nəşr yazır.

Hadisədən sonra valideynlərdən övladlarını bağçadan götürmələri istənilib.

QAZİLER.AZ

Chosen
4
qaziler.az

1Sources