EN

Tramp-Putin görüşü - Tarix, saat, məkan və nümayəndələr

Sabah ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Məlumata görə, Putinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş yerli vaxtla saat 11:30 radələrində (Bakı vaxtı ilə saat 23:30) başlayacaq.

Görüş Ankoricdə Elmendorf-Riçardson hərbi bazasında baş tutacaq. Uşakovun sözlərinə görə, görüş təkbətək formatda, tərcüməçilərin iştirakı ilə keçiriləcək.

"Sonra nümayəndə heyətləri danışıqlar olacaq və bu, səhər yeməyi zamanı davam edəcək", - deyə o əlavə edib.

O qeyd edib ki, iki ölkə prezidentlərinin görüşünə hazırlıq yekun mərhələyə daxil olub, proqramı artıq razılaşdırılıb.

Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və Yuri Uşakov daxildir. Rusiyanın müdafiə naziri Andrey Belousov və maliyyə naziri Anton Siluanov cümə günü keçiriləcək sammitdə iştirak edəcəklər.

"Reuters" bildirir ki, Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriev də sammitə qoşulacaq. Rusiyanın RDIF suveren sərvət fonduna rəhbərlik edən Dmitriev əvvəllər Trampın xüsusi nümayəndəsi Steve Vitkoff ilə danışıqlar aparıb./modern.az

Chosen
6
3
turkustan.az

4Sources