EN

Ermənistan Avrasiya İttifaqından çıxa bilər- ÖZƏL

"Ermənistan Baş naziri N. Paşinyan Avrasiya İttifaqının toplantısına qatılmayıb. Bunu Başa  nazirin məzuniyyətdə olduğu kimi əsaslandırılsa da, siyasi proseslər isə, Avrasiya İttifaqından çıxmağa hədəflənib. Çünki, Avrasiya İttifaqında qalmaq Ermənistan üçün siyasi çətinliklər yaratması gözlənilir. Məhz  Rusiya ittifaq çərçivəsində Ermənistanla iqtisadi əlaqələrə görə Kreml təzyiq mexanizminini işə salacaq". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: " ABŞ -da Azərbaycanla sülh prosesinə keçilməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edilməsi, həmçinin üçtərəfli Bəyannamə Ermənistan üçün yeni bir siyasi mərhələnin başlanğıcıdır. Artıq  Ermənistanın Rusiyanın iqtisadi təsirinin zəiflətmək üçün Türkiyə ilə sərhədlərin açılması açılması yaxın aylarda reallaşa bilər. Bununla Ermənistan Türkiyə vasitəsilə Avropa İttifaqı ilə iqtisadi əlaqələrini quracaq. Türkiyə Ermənistan iqtisadiyyatına investisiya yatıracaq. Ona görə də N. Paşinyan ölkəsini iqtisadi əlaqələrini Rusiya ilə deyil, Türkiyə və Avropa ilə inkişaf etdirməyi hədəfləyir. Bu da ölkəsinin müstəqilliyi deməkdir. N. Paşinyan seçkilərdə qələbə əldə edərsə, KTMT və Avrasiya İttifaqından çıxa bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
1
olaylar.az

2Sources