EN

Fələstin ilk dəfə dünya gözəllik müsabiqəsinə qatılacaq –

Fələstin ilk dəfə olaraq “Kainat gözəli-2025” beynəlxalq gözəllik müsabiqəsində təmsil olunacaq.

AzPost bildirir ki, ölkəni gözəllik müsabiqəsində model, fitnes məşqçisi və sosial fəal Nadin Ayub təmsil edəcək. O, müsabiqənin sosial şəbəkələrdə rəsmi səhifələrində yerləşdirilmiş videomüraciətdə iştirakını elan edib.

“Tarixdə ilk dəfə Fələstinin “Kainat Gözəli” müsabiqəsində təmsil olunacağını bildirmək mənim üçün böyük şərəfdir. Mən “Kainat Gözəli” müsabiqəsində təkcə “Kainat Gözəli Fələstin” titulu ilə deyil, həm də həqiqətlə səhnəyə çıxacağam. Fələstin xüsusən Qəzza əzab içərsindədir. Mən susmaqdan imtina edən bu insanların səsiyəm. Mən hər bir fələstin qadınını, uşağını təmsil edəcəyəm. Bizim ağrımızdan daha böyüyük. İçimizdə  yaşayan vətənin möhkəmliyi, ümidi və ürək döyüntüləriyik”.

Qeyd edək ki, “Kainat Gözəli- 2025” müsabiqəsi 2025-ci il noyabrın 21-də Taylandın Pakkred şəhərindəki “Impact Challenger Hall”da keçiriləcək. Bu, sayca 74-cü “Kainat gözəli” müsabiqəsi olacaq.

AzPost.az

Chosen
3
2
azpost.info

3Sources