AFFA Region Liqasının 2025/2026-cı illər mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat mərhələsi sabah start götürəcək. 

Offsideplus.az xəbər verir ki, klublar avqustun 15-i saat 10:00-dan etibarən [email protected] elektron ünvanına müraciət edə bilərlər. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Qeydiyyat mərhələsi sentyabrın 15-i, saat 12:00-dək davam edəcək. 

Xatırladaq ki, Region Liqasının 2024-25 mövsümü üzrə qalibi "Xankəndi" komandası olub.