EN

Alyaskada Putin-Tramp danışıqlarının proqramı açıqlandı

Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək danışıqların proqramını açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

“Hər şey sabah, avqustun 15-də yerli vaxtla təxminən saat 11:30-da (Bakı vaxtı ilə 23:30) Vladimir Putinlə Donald Trampın söhbəti ilə başlayacaq. Bu söhbət, təbii ki, tərcüməçilərin iştirakı ilə təkbətək formatda baş tutacaq. Sonra nümayəndə heyətlərində danışıqlar olacaq və bu danışıqlar işçi səhər yeməyində davam etdiriləcək”, - o bildirib.

Uşakov bir müddət əvvəl Trampla Putinin görüşünün Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında baş tutacağını bildirmişdi.

Chosen
44
48
publika.az

10Sources