EN

Markus Raşford: “Mançester Yunayted" heçliyə gedir”

“Barselona”da “Mançester Yunayted”dən icarə müqaviləsi əsasında çıxış edən Markus Raşford maraqlı açıqlama verib.

Arena.az ESPN şəbəkəsinin “The Rest is Football” dərgisinə istinadı əsasında məlumat verir ki, 27 yaşlı ingiltərəli sol cinah hücumçusu “qırmızı şeytanlar”ın cari vəziyyəti ilə bağlı fikrini bildirib:

“Bəzən düşünürəm ki, “Mançester Yunayted”… Biz qələbə hərisiyik, biz həmişə uyğunlaşmağa çalışırıq, sistemimizə uyğun gələcək yeni oyunçular imzalamağa cəhd edirik. Amma bu, qarşılıq xüsuslu bir məqamdır.

Əgər istiqamətiniz daima dəyişirsə, onda çətin ki çempion olasınız. Bəli, ola bilər ki, bir neçə kubok qazanasınız, amma bu, yaxşı məşqçiniz və keyfiyyətli futbolçularınız müqabilində olacaq. Komandada nəticə yaratmağı bacaranlar var – bu, təsadüfi deyil.
Hiss edirəm ki, bizim, qalibiyyətə gəlmək üçün müxtəlif fikirlərə, strategiyalara qulluq edən o qədər məşqçimiz olub ki… Amma nəticədə biz sadacə olaraq heçliyə gedirik”, deyə Raşford vurğulayıb.

Xatırladaq ki, “Barselona” Raşfordu 2025/2026-cı illər mövsümünün sonuna qədər müddətə icarəyə götürüb.

Markus Raşford “Mançester Yunayted”in məzunudur. İngilis futbolçu 2016-cı ilin yanvar ayından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edirdi. Raşfordun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Raşford geridə qalmış 2024/2025-ci illər mövsümünün birinci yarısında “qırmızı şeytanlar” üçün 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib.

Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 79 məhsuldar ötürmədən ibarətdir.

Raşford ötən mövsümün ikinci yarısını isə “Aston Villa”da keçirib, “şirlər” üçün 17 oyuna 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Markus “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.

Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 62 oyuna, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Chosen
45
50
arena.az

10Sources