EN

İsrail qəzzalıların köçürülməsinə dair gizli danışıqlar aparır

ain.az, Yenisabah portalına istinadən məlumat yayır.

İsrail eyni anda bir neçə ölkə - Efiopiya, Liviya, İndoneziya və Cənubi Sudan ilə Qəzza zolağından çıxan fələstinliləri qəbul etmək imkanları ilə bağlı danışıqlar aparır.

Yenisabah.az cnn-ə istinadla xəbər verir ki, bunu yüksək rütbəli İsrail rəsmisi deyib.

O bildirib: “Qəzzanın 2 milyondan çox sakininin bir hissəsini qəbul etmək müqabilində bu ölkələr əhəmiyyətli maliyyə və beynəlxalq təzminat alacaqlarını gözləyirlər”. Pepperoni pizza

Telekanalın məlumatına görə, beynəlxalq səviyyədə tanınmayan Somaliland ilə də məsləhətləşmələr aparılır.

Bir gün əvvəl Cənubi Sudan hakimiyyəti fələstinlilərin bu ölkəyə köçürülməsi ilə bağlı danışıqların aparılması ilə bağlı xəbəri təkzib edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
82
1
yenisabah.az

2Sources