EN

Putin Alyaska sammitindən əvvəl Kremldə iclas keçirdi

Rusiyanın müdafiə naziri Andrey Belousov, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Alyaskada Rusiya-Amerika danışıqlarından əvvəl Kremldə keçirilən görüşdə iştirak ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

İclasda, qarşıdan gələn görüşdə iştirak edəcək Rusiya nümayəndə heyətinin üzvləri: xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, maliyyə naziri Anton Siluanov və Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak ediblər.

Bundan başqa, Kreml zalında prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi, İstanbuldakı Rusiya danışıqlar qrupunun rəhbəri Vladimir Medinski və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, avqustun 15-i Bakı vaxtı ilə 23:30-da Alyaska ştatında Putinlə Tramp arasında görüş keçiriləcək.

QAZİLER.AZ

Chosen
5
qaziler.az

1Sources