EN

Ermənistan rəsmisi: Naxçıvan–Culfa xətti ilə İrana çıxışı genişləndirəcəyik

Ermənistan Xarici İşlər nazirinin müavini Vaan Kostanyan Naxçıvan–Culfa dəmir yolu vasitəsilə Ermənistan və İran arasında əlaqələrin inkişafı üçün yeni perspektivlərin açıldığını bildirib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, bu marşrut iqtisadi və logistika baxımından region ölkələri üçün mühüm imkanlar yaradacaq.

Kostanyan qeyd edib ki, “Tramp marşrutu”- Zəngəzur dəhlizi adlanan layihə çərçivəsində Ermənistanda xüsusi bir şirkət qeydiyyatdan keçiriləcək və onun səhmləri Ermənistan ilə ABŞ arasında bölüşdürüləcək. O vurğulayıb ki, bu əməkdaşlıq forması regionda iqtisadi fəallığı artırmağa yönəlib.

Erməni rəsmisi həmçinin aydın şəkildə bildirib ki, layihənin icrası ABŞ-ın regionda hərbi və ya təhlükəsizlik sahəsində mövcudluğu anlamına gəlmir:

“Bu, sırf iqtisadi və nəqliyyat infrastrukturunun inkişafına xidmət edən təşəbbüsdür”./Bizim.Media

Chosen
17
10
turkustan.az

10Sources