EN

Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaqlar

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın növbəti uğurlu nəticəsi olaraq, 2025–2026-cı tədris ili üzrə 10 nəfər Azərbaycan vətəndaşı Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Latviyada təhsil almaq hüququ qazanıb.

Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Seçim nəticəsində müəyyənləşdirilən tələbələr Latviya Respublikasının Riqa Texniki Universiteti, Latviya Universiteti, Riqa Stradınış Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində müxtəlif səviyyələr üzrə təhsil alacaqlar.

Qeyd edək ki, bu təqaüd proqramında iştirak edən 23 ölkə arasında Azərbaycan tələbələri say çoxluğuna görə ilk üçlükdə yer alıb. Bu, Azərbaycan gənclərinin beynəlxalq təhsil imkanlarından fəal istifadə etdiyini və xaricdə uğurla təmsil olunduğunu göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
99
50
azertag.az

10Sources