EN

"Sea Breeze Resort"da keçirilən təlim çərçivəsində qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib - FHN

Bakı. Trend:

Bakının Sabunçu rayonunda yerləşən "Sea Breeze Resort” istirahətvə yaşayış kompleksində FHN-in təşkilatçılığı ilə kompleks taktikitəlim keçirilib.

Trendxəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət YanğınNəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət kapitanı ƏlibalaƏlizadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Sea Breeze Resort"da keçirilən təlimçərçivəsində qarşıya qoyulan tapşırıqlar uğurla yerinəyetirilib.

“Təlimin keçirilməsində məqsəd kompleksin aidiyyəti heyətininfövqəladə hallar zamanı maarifləndirilməsindən ibarət olub. İkihissədən ibarət olan tədbirdə həm nəzəri, həm də praktik bilikləraşılanıb. Təlimə FHN Dövlət Yanğından Mühafizə, Dövlət YanğınNəzarəti, Xüsusi Riskli Xilasetmə, eyni zamanda KiçikhəcimliGəmilərə Nəzarət Sularda Xilasetmə xidmətlərinin canlı qüvvə vətexnikaları cəlb olunub.

Təlim çərçivəsində qarşıya qoyulan tapşırıqlar uğurla yerinəyetirilərək baş verən şərti yanğın söndürülüb və köməksizvəziyyətdə qalan vətəndaşlar, həmçinin, suda boğulma təhlükəsi iləüzləşmiş şəxs xilas edilib. Partlama təhlükəli maddələr tapılaraqzərərsizləşdirilib. Təlim uğurla başa çatıb", - o deyib.

Məqalədə:
Chosen
128
50
az.trend.az

10Sources