EN

Bakı Dəmiryol Vağzalının parklanma xidməti metro şaxtasının tikintisinə görə müvvəqqəti dayandırılır

Bakı.Trend:

“Bakı Metropoliteni” QSC tərəfindən 200 metrə yaxın tunelininşasına hazırlıq işləri çərçivəsində “28 May” metro stansiyasıətrafında, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı DəmiryolVağzalının yaxınlığında havalandırma şaxtasının tikintisinəbaşlanılır.

Trend xəbər verir ki, bu barədə “AzərbaycanDəmir Yolları” QSC məlumat yayıb.

Tikinti meydançalarından biri Bakı Dəmiryol Vağzalının SüleymanRəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsində sərnişinlər üçünqarşılama və yola salma məqsədilə yenidən qurulmuş avtomobilparklanma sahəsində yerləşir.

Təhlükəsizlik tələblərinin yerinə yetirilməsi məqsədilə ərazihasarlanacaq, parklanma xidməti müvəqqəti olaraqdayandırılacaq.

Sərnişinlər vağzal ərazisinə parklanma sahəsindəki şlaqbaumunyuxarı hissəsindən və digər girişlər vasitəsilə daxil olabiləcəklər.

Tikinti işləri Bakı Dəmiryol Vağzalının fəaliyyətinə və ADY-ninqatarlarının qrafik üzrə hərəkətinə maneə yaratmayacaq.

Chosen
64
47
az.trend.az

10Sources