EN

Belçika hökuməti kiberqoşunlar yaradacaq


2034-cü ilə qədər Belçika hökuməti krallığın silahlı qüvvələrinin tərkibində tamhüquqlu kiberqoşunlar yaradacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “L'Echo” qəzeti məlumat yayıb.
Məlumata görə, onlar quru qoşunları, hava qüvvələri və donanma ilə birlikdə fəaliyyət göstərəcək.
Bu məqsədlər üçün 500 milyon avroya yaxın vəsait ayrılacaq.
Ümumilikdə, nəşrin məlumatına görə, Belçika hökuməti dövlətin rəqəmsal sabitliyini təmin etmək üçün irimiqyaslı plan hazırlayıb. Planın həyata keçirilməsi üçün 1,6 milyard avro nəzərdə tutulub.
Digər tərəfdən, Belçika hökuməti əlavə investisiyaları geniş şifrələnmiş şəbəkənin yaradılmasına və informasiya təhlükəsizliyinin gücləndirilməsinə istiqamətləndirmək niyyətindədir.
Chosen
4
yeniavaz.com

1Sources