Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynada sülh yalnız Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın birbaşa razılaşması nəticəsində mümkün ola bilər.
“Əgər iki böyük boss – rus və amerikalı – birbaşa razılığa gələr və gələcəkdə sülhün necə olacağı barədə plan hazırlasalar, sülh tezliklə gələcək”, – deyə Orban PragerU-ya müsahibəsində vurğulayıb.
Qeyd edək ki, Putin və Trampın 15 avqustda Alyaskada görüşərək Ukraynada sülh məsələsini müzakirə edəcəkləri gözlənilir.
//Samir Qurbanov, Editor.az