EN

Orban: Ukraynada sülh yalnız Putin və Trampın razılaşması ilə mümkündür

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynada sülh yalnız Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın birbaşa razılaşması nəticəsində mümkün ola bilər.

“Əgər iki böyük boss – rus və amerikalı – birbaşa razılığa gələr və gələcəkdə sülhün necə olacağı barədə plan hazırlasalar, sülh tezliklə gələcək”, – deyə Orban PragerU-ya müsahibəsində vurğulayıb.

Qeyd edək ki, Putin və Trampın 15 avqustda Alyaskada görüşərək Ukraynada sülh məsələsini müzakirə edəcəkləri gözlənilir.

//Samir Qurbanov, Editor.az

Chosen
16
editor.az

1Sources