EN

ABŞ Avropadan Ukrayna ilə bağlı siyasətinə yenidən baxmağı xahiş edib

Avropa liderləri öz gələcəklərinə zərər verməmək üçün Ukraynaya yardımı dayandırmalıdırlar.

Editor.az xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müdafiə nazirinin müavini Steven Bryan Substack deyib.

Keçmiş rəsminin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin hərəkətləri Rusiya ilə ABŞ arasında danışıqlar prosesini pozmağa yönəlib və eyni dərəcədə radikal mövqedən çıxış edən Avropanın danışıqlardan kənarda qalma riski var.

“Zelenski kursunu dəyişməyəcək. O, ABŞ-Rusiya danışıqlarına xələl gətirməyə davam edəcək. Bununla belə, Avropa Zelenskinin rəhbərliyi altında Ukraynaya verdiyi dəstəyi yenidən nəzərdən keçirməlidir”,- rəsmi deyib.

Brayan məqaləsində xəbərdarlıq edib ki, Avropa liderləri iki ölkə arasında münasibətlərin inkişafını yalnız kənardan izləməli olacaqlar. Avropanın Ukrayna ilə bağlı razılaşmanı əngəlləmək cəhdləri ABŞ-ın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək.

//Gülnarə Abasova, Editor.az

 

Chosen
20
editor.az

1Sources