EN

Fərqanə Qasımova: Səsinlə böyüdüm, nəfəsinlə gücləndim

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əməkdar artist Fərqanə Qasımova atası, Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Reyting.az xəbər verir ki, xanəndə atasının ifasını yayımlayaraq, bunları yazıb:"Atam…Sən mənim ilk musiqim, ilk duamsan. Səsinlə böyüdüm, nəfəsinlə gücləndim. Hər notunda məni qoruyan, hər baxışında məni anlayan bir ürək var – ata ürəyi. Sən mənə yalnız sənəti deyil, insan olmağı, şəfqəti, sədaqəti öyrətdin. Mən bu dünyada ən böyük şərəfi daşıyıram – sənin qızın olmaq. Var ol, ustadım, Allah səni hər zaman qorusun"(axsam).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
133
7
reyting.az

3Sources