EN

Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO-nun Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Bakıda “NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya” (STRATCOM) mövzusunda kurs keçirilib.

Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində keçirilən kursda Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin bir qrup şəxsi heyəti ilə yanaşı digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı təqdimat verilib.

Kurs müddətində iştirakçılar müxtəlif mövzularda təqdimatları dinləyib, qarşılıqlı müzakirələr aparılaraq suallar cavablandırılıb, eləcə də Nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti ilə tanış olublar.

Kursun keçirilməsində əsas məqsəd dinləyicilərə strateji kommunikasiyanın rolunu izah etmək, informasiya əməliyyatlarında koordinasiyanı artırmaq, əməliyyat mühitində iştirakçı tərəflərin kommunikasiya planı qurma və tətbiqi bacarıqlarını inkişaf etdirmək, müttəfiq ölkələr, eləcə də qurumlar arasında vahid yanaşma prinsipini göstərmək və silahlı münaqişələr zamanı informasiya mübarizəsində hazırlığı artırmaqdan ibarətdir.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

d4bfd4dfd7cddc451d00e38e11f9cb61

6c329845d06a8a2e393a0288abb2cf60

b531f272f6efd1d8006904c368f357b7

67162ea4d803eec88ccf79ab08c5e79e

c38269c3174d43be30ef718cf50227a3

Chosen
32
17
poliqon.az

10Sources