EN

Vüqar Tapdıqlı vəfat etdi

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yazıçı, prodüser Vüqar Tapdıqlı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Onun bu gün 63 yaşında dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Vüqar Tapdıqlı 1962-ci ildə Gədəbəydə anadan olub. 1985-2009-cu illərdə Azərbaycan televiziyasında çalışıb, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
85
46
qafqazinfo.az

10Sources