EN

Türkiyə terror təhlükəsini sıfıra endirməyi hədəfləyir - Ərdoğan

Bakı. Trend:

Bu gün biz “Terrorsuz Türkiyə” prosesində yeni səhifə açırıq vəölkəmizə qarşı terror təhlükəsi ehtimalını sıfıra endirməyihədəfləyirik.

Trend xəbərverir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanAnkarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının24-cü ildönümünə həsr olunmuş təntənəli tədbirin iştirakçılarıqarşısında çıxış edərkən bildirib.

Dövlət başçısının sözlərinə görə, konstruktivlik mühitininqorunub saxlanılması və terrorizmə qarşı mübarizə üçün bütünməsələlərin həll edilməsi çox vacibdir.

“Türkiyədə siyasi qüvvələrin müxtəlif mövzularda mövqeləriüst-üstə düşməyə bilər və bu, normaldır. Lakin “Terrorsuz Türkiyə”məsələsində fikir ayrılığı olmamalıdır. “Xroniki terrorproblemi”nin aradan qaldırılmasına töhfə verən hər bir siyasətçi özadını Türkiyə tarixinə yazacaq”, - deyə o qeyd edib.

Türkiyə lideri terrorla mübarizədə populizmin yolverilməzolduğunu vurğulayıb və əlavə edib ki, “nə millət, nə də gələcəknəsillər bunu bağışlamayacaq”.

Chosen
9
9
az.trend.az

10Sources