EN

XİDMƏT HAQQINI ÖDƏMƏYƏN SAKİNLƏR: lift xidməti hansı halda dayandırıla bilər? - Ali Məhkəmə vahid qərar verdi

Ali Məhkəmənin Mülki kollegiyası çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Mia.az xəbər verir ki, məhkəmə mübahisəsi cavabdehin MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında binaya xidmətlərin göstərilməsinə dair müqavilələrin bağlanması ilə əlaqədar olub.

Sakinlərdən bir neçəsi xidmət haqqının ödəməməsi səbəbilə MMC tərəfindən liftdən istifadə kartlarının deaktiv edilməsinin qadağan edilməsi barədə iddia qaldırıblar.

Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bu hüquq mütləq deyil, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.

Belə olan halda cavabdeh MMC-nin iddiaçıların liftdən istifadələrinə xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onların mülkiyyət hüququna müdaxilədir və Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən iddiaçıların bu müdaxilədən müdafiə hüquqları vardır.

Chosen
29
49
mia.az

10Sources