EN

Azərbaycan SALVO silahlı insansız kateri alıb

Azərbaycan Türkiyənin “Dearsan” gəmiqayırma zavodunun istehsalı olan SALVO silahlı insansız dəniz vasitəsi (kater) alıb.

“Poliqon” xəbər verir ki, SALVO silahlı insansız kateri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlimi zamanı ilk dəfə görüntülənib.

“Dearsan” şirkətinin məlumatına görə, SALVO insansız katerinin uzunluğu 14,79 m, eni 3,83 m, maksimal sürəti isə dizel mühərrik seçimindən asılı olaraq 45-60 kts (83 km/saat – 111 km/saat) təşkil edir.

SALVO kateri “səth-səth” və “səth-hava” tipli idarəolunan raket sistemi və 12,7 mm stabilləşdirilmiş silah sistemi ilə təchiz oluna bilir.

SALVO, müxtəlif sensorlar, rabitə vasitələri və silah sistemləri ilə təchiz edilərək strateji və taktiki əməliyyatlara inteqrasiya oluna bilər.

Chosen
28
7
poliqon.az

8Sources