EN

Naxçıvanda yüksək vəzifəyə təyinat

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinə yeni rəis təyin edilib.

 

Modern.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Metallurgiya sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi İlqar Qocayev vəzifəsindən azad olunub.

 

Digər əmrlə İlqar Qocayev Naxçıvan FHN-nin Dağ-Mədən Təhlükəsizliyi İdarəsin rəisi vəzifəsinə təyin edilib.

Chosen
78
7
modern.az

10Sources