EN

“Azərbaycanda şəkər xəstələrinin sayı artır: Əsas səbəblər həyat tərzi və piylənmədir”

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycanda şəkər xəstələrinin sayının artması bir neçə əsas amillə bağlıdır”.Bunu Demokrat.az-a açıqlamasında endokrinoloq Elçin Quliyev deyib.O bildirib ki, əsas səbəblərdən biri həyat tərzidir:“Müasir həyat ritmi insanların azhərəkətli olmasına və yüksək kalorili, şəkərli qidalarla qidalanmasına səbəb olur. Bu isə qan şəkərinin yüksəlməsinə və tip 2 diabet riskinin artmasına gətirib çıxarır. Digər tərəfdən, piylənmə və artıq çəki də şəkər xəstəliyinin baş verməsində əsas rol oynayır. Genetik meyl və ailədə şəkər xəstəliyi olan faktlar da riski artırır. Son illərdə müayinələrin genişlənməsi səbəbindən əvvəllər aşkarlanmayacaq diabet halları indi daha çox qeydə alınır. Həmçinin uzunmüddətli stress və həyat tempinin yüksək olması insulin müqavimətini yüksəldərək xəstəliyin yaranma ehtimalını artırır. Əsas tövsiyəmiz sağlam qidalanma, müntəzəm fiziki aktivlik və vaxtaşırı qan şəkərinin yoxlanılmasıdır”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
1
demokrat.az

2Sources