UCAR, 14 avqust. TELEQRAF
Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Müsüslü kəndi istiqamətindən keçən hissəsində baş verib.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan kişi və qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.