EN

Hindistanda leysan nəticəsində 20 nəfər ölüb, itkin düşənlər var

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanda leysan yağışları nəticəsində azı 20 nəfər ölüb, bir neçəsi itkin düşüb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, bu hal ölkənin Kiştvar rayonunun Çositi kəndinin yaxınlığında qeydə alınıb. Dəniz səviyyəsindən təxminən 2 min 900 metr yüksəklikdə yerləşən kəndin ətrafındakı məbədə dini ayin üçün toplaşmış yüzlərlə zəvvar anidən başlayan güclü yağışa düşüb. 

Hazırda itkin düşənlərin axtarışı aparılır. Dağlıq relyef axtarış işlərini çətinləşdirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
3
yeniazerbaycan.com

5Sources