EN

Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu

Rusiya və Ukrayna arasında əsir mübadiləsi çərçivəsində 84 əsgər dəyişdirilib.

Turkustan.az xəbər verir ki, bildirilib ki, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi çərçivəsində 84 Rusiya və 84 Ukrayna əsgəri azad edilib.

Rusiya Müdafiə Nazirliyi açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Ukrayna ilə əsir mübadiləsinin həyata keçirildiyini bildirib.

"Danışıqlar prosesi nəticəsində Kiyev administrasiyasının nəzarətində olan ərazidən 84 rus əsgəri çıxarılıb. Bunun müqabilində 84 Ukrayna əsgəri verilib", - məlumatda deyilir.

Açıqlamada azad edilən rus əsgərlərinin Belarusda olduğu və onlara lazımi tibbi və psixoloji dəstəyin verildiyi, nazirliyə aid sağlamlıq mərkəzlərində müalicə olunmaq üçün Rusiyaya aparılacaqları bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
9
turkustan.az

1Sources