EN

Çexiyada balıqçı nəhəng naqqa balığı tutdu

Çexiyalı televiziya aparıcısı və balıqçı Yakub Vaqner ölkənin Vranov su anbarında 2 metr 68 santimetr uzunluğunda naqqa balığı tutub.

Bizim.Media xəbər verir ki, avqustun 4-də Vaqner sahildə nəhəng balığı görüb və onunla "döyüşə girib".

"Təxminən 50 dəqiqədən sonra o, qayığımın yanında hərəkətsiz qalmışdı.

Mən isə tamamilə əsirdim və tükənmişdim", - balıqçı söyləyib.

Fotosessiyadan sonra kişi balığı yenidən su anbarına buraxıb.

Bizim.Media

Chosen
6
bizim.media

1Sources