EN

Konfrans Liqası: “Sabah” mübarizəni dayandırıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” III təsnifat mərhələsində cavab oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Bakı klubu “Bank Respublika Arena”da Bolqarıstanın “Levski” kollektivini qəbul edib.

Rəqib ilk görüşdə olduğu kimi, cavab matçında da qalib gəlib (2:0) və adını pley-off mərhələsinə yazdırıb.

Qolları Radoslav Kirilov və Mazir Soula vurublar.

İlk oyunda Sofiya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

Qarşılaşmanı ukraynalı baş hakim Mikola Balakin idarə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
7
azertag.az

8Sources