"Sabah" Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Bakıda cavab oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" saat 20:00-da başlayan görüşdə "Levski" ilə məsələyə aydınlıq gətirib. "Bank Respublika Arena"da keçirilən matçın baş hakimi ukraynalı Mikola Balaki olub.

İlk oyun Bolqarıstan komandasının minimal hesablı qələbəsi ilə yekunlaşmışdı: 1:0.

Qeyd edək ki, "Levski" pley-offda AZ (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.

14 avqust, Konfrans Liqası, III təsnifat mərhələsinin cavab oyunu

"Sabah" 0:2 "Levski"
Ümumi hesab - 0:3

Qol: Radoslav Kirilov (40'), Mazire Soula (87')

Komandaların start heyətləri:

Sabah: Pokatilov, Daşdəmirov, Noqeyra, Solvet, Zedadka, Xaled, Lepinjitsa, Letiç, Mikkels, Sekidika, Şafranko
Levski: Vutsov, dos Santos, Makun, Dimitrov, Aldair, Mitkov, Bala, Trdin, Kirilov, Petkov, Rupanov