ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçiriləcək görüş nəticəsiz başa çatarsa, Moskvaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
“Nəticələr çox ciddi olacaq”, — deyə Tramp vurğulayıb. O, sammitin uğursuz olma ehtimalını 25% qiymətləndirib.
Tramp və Putinin görüşü 15 avqustda Alyaskada baş tutacaq. Görüş Moskva vaxtı ilə saat 22:30-da başlanacaq və yalnız liderlər və tərcüməçilərin iştirak etdiyi üzbəüz formatında keçiriləcək.
//Samir Qurbanov, Editor.az