EN

Bolton: Alyaskadakı görüş Ukraynada “Koreya ssenarisi”nə gətirib çıxara bilər

Sabiq ABŞ prezidentinin müşaviri Con Bolton hesab edir ki, sabah Alyaskada keçiriləcək Donald Tramp və Vladimir Putin görüşü Ukraynada “Koreya ssenarisi” ilə nəticələnə bilər.

Bu, 2019-cu ildən bəri Tramp və Putinin ilk şəxsi görüşü olacaq.

Editor.az xəbər verir ki, Bolton Teleqraf qəzetinə müsahibəsində bildirib ki, Tramp belə görüşlərə çox vaxt hazırlıqsız gəlir, Putin isə əksinə, həmişə ciddi şəkildə hazırlaşır.

Onun sözlərinə görə, Tramp görüşü sadəcə “fikir mübadiləsi” kimi görsə də, əslində bu, danışıqlar deməkdir. Bolton ehtimal edir ki, Putin Ukraynada atəşkəsə razılaşa bilər, lakin bunun hansı şərtlərlə baş verəcəyi əsas sualdır.

//Samir Qurbanov, Editor.az

Chosen
8
editor.az

1Sources