EN

“Fəbərbağça” bu futbolçu ilə danışıqları dayandırdı

Kerem Aktürkoğlunu transfer etmək üçün "Benfika" ilə anlaşan "Fənərbaxça" gözlənilməz qərar verib.

Bizim.Media xəbər verir ki, 22,5+2,5 milyon avroluq təklifi qəbul edilən İstanbul nəhəngi fikrini dəyişib. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
 

"Fənərbaxça" Portuqaliya klubuna göndərdiyi təklifi geri çəkib. Türkiyə klubunun bu addımından sonra "Benfika" transfer danışıqlarını dayandırıb.


26 yaşlı futbolçunun İstanbula uçuş planı da ləğv olunub.

Qeyd edək ki, Kerem Aktürkoğlu ötən ilin yayında "Qalatasaray"dan "Benfika"ya transfer olunub.

Türkiyə millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 55 rəsmi matçda 16 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
33
50
bizim.media

10Sources