Türkiyənin "Beşiktaş" klubu UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, onlar doğma meydanda "Sent-Patriks Atletik"i qəbul edib.
Görüşdə 3:2 hesabla qalib gələn İstanbul təmsilçisi iki oyunun cəmində rəqibini 7:3 hesabla məğlub etdi və pley-off mərhələsinə yüksəldi.
Onların pley-offda rəqibi İsveçrənin "Lozanna" klubu olacaq.