EN

Putin Alyaska sammitindən əvvəl Maqadana gəlib

Rusiya lideri ABŞ-yə səfər öncəsi bölgədə bir sıra obyektlərə baxış keçirib...

Poliqon xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə Alyaskada keçirilməsi planlaşdırılan görüşdən əvvəl Maqadana səfər edib. İşgüzar səfər çərçivəsində o, balıq yağı emalı ilə məşğul olan “Omega-Si” zavodunu, “Prezidentskiy” idman kompleksini və “Mayak” parkında yerləşən mədəni-ictimai mərkəzi ziyarət edəcək.

Putin həmçinin İkinci Dünya müharibəsi dövründə fəaliyyət göstərmiş və SSRİ ilə ABŞ arasında əməkdaşlığın rəmzinə çevrilmiş “Alyaska – Sibir” hava marşrutu qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyacaq. Səfərin sonunda prezident Maqadanın baş planı üzrə iclas keçirəcək və bölgə rəhbəri Sergey Nosov ilə görüşəcək.

15 avqustda Ankoric şəhərində baş tutacaq Putin-Tramp sammitində əsas müzakirə mövzusu Ukraynada münaqişənin həlli, eləcə də iki ölkə arasında təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri olacaq.

Poliqon.info

Chosen
11
poliqon.info

1Sources