İrəvan məhkəməsi (Ermənistan) biznesmen Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb.
Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.
Karapetyan 2025-ci ilin iyununda hakimiyyəti zorakılıqla ələ keçirməyə açıq çağırışlarda ittiham olunaraq (Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi) həbs edilib. Avqustun 11-də İrəvan Apellyasiya Məhkəməsi onun həbsini qanunsuz hesab edib.
Həbs qətimkan tədbirinin uzadılması barədə qərarı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi çıxarıb. Həbs müddətinin uzadılması ilə bağlı vəsatət əvvəlcə müstəntiq tərəfindən verilib. Məhkəmə vəsatətə bu il avqustun 14-də baxmağa başlayıb, lakin iclası təxirə salıb.