EN

Bu gün Tramp və Putin arasında görüş baş tutacaq

Avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp arasında görüş baş tutacaq. 

Marja xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş ABŞ-ın ərazisinə görə ən böyük ştatı olan və Rusiyadan yalnız Berinq boğazı ilə ayrılan Alyaskada keçiriləcək. Alyaska ABŞ tərəfindən 1867-ci ildə Rusiya İmperiyasından 7,2 milyon dollara alınıb.

Görüş, Ukraynada 2022-ci il fevralın 24-də başlayan müharibəni dayandırmaq üçün böyük əhəmiyyətə malikdir. Eyni zamanda Tramp və Putinin görüşü Ukrayna və Avropa İttifaqında narahatlıq yaradıb.

Tramp administrasiyası Ukraynanı silahlandırmaqda avropalıları ittiham edib. Üstəlik Tramp Moskvaya təzyiq etməyib və müharibəni dayandırmağa məcbur etmək üçün sanksiyalar tətbiq etməyib. Bunun əvəzinə o, güzəştə gedib, Ukraynanın NATO-ya üzvlüyünü istisna edib, və prezident Vladimir Zelenskini müharibəni davam etdirməkdə günahlandırıb.

Chosen
26
33
marja.az

10Sources