EN

Azərbaycan klubu hücumçunu İraqa satdı - SON DƏQİQƏ

«Difai»nin bir müddət öncə transferə çıxardığı Kristian Kamta Azərbaycandan ayrılıb. Kamerunlu hücumçu karyerasını İraqda davam etdirəcək. 29 yaşlı afrikalı yerli klublardan biriylə anlaşıb.
I Liqada mübarizə aparan «fədailər» adını çəkdiyimiz forvardın satışından pul qazanıb. 2023-cü ilin noyabrından «Difai»nin formasını geyinən Kamtanın 2026-cı ilin yayınadək müqaviləsinin olduğunu bildirək.
Qarabağ qazilərinin təmsilçisinin ona 100 min dollar qiymət qoymasını bir daha xatırladaq.
SPORTİNFO.AZ

Chosen
22
50
sportinfo.az

10Sources