EN

O, Təyyar Bayramov və Samir Cəfərovu “toxunulmaz” adlandırdı

Xalq artisti Samir Cəfərovla Əməkdar artist Təyyar Bayramovun canlı ifasına KərimAbbasovun tənqidinə mız qoyanlardan biri də Almaxanımdır.

Yenisabah.az xəbər verir ki, o xanəndələri müdafiə edərək yazıb:

“Təyyar Bayramov və Samir Cəfərov nəinki xanəndə və ifaçı kimi, həmçinin pedaqoq kimi Azərbaycan mədəniyyətinə böyük töhfələr veriblər. Bu gün mənimlə yanaşı bir sıra ifaçıların yetişməsində Təyyar müəllimin böyük xidməti olub. Dominos pizza

Bəzi ifaçılar var ki, onlar toxunulmazdırlar. Təyyar Bayramov və Samir Cəfərov da bu silsilədəndir. İstənilən peşə, sənət sahibi öz sahəsində nə qədər mükəmməl belə olsa belə hallar çox normal və anlaşılan olmalıdır.

Mükəmməl ifaçılar 15-20 ildə bir kiçik nöqsanlar edirlərsə, əksəriyyət ifaçıların isə ümumiyyətlə səhnəyə,sənətə gəlişi belə səhvdir. Belə “ifaçılar”ın bərbad ifalarını illərdir görməzdən gəlib 2 böyük sənətkarda gördüyünüz kiçik nöqsanı qloballaşdırmaq lazım deyil. Bunun əvəzinə bayağı ifaçıların biabırçı ifalarını işıqlandırıb, ifşa etmək lazımdır”.


Telegram kanalımız
Chosen
29
3
yenisabah.az

10Sources