EN

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

Bakı. Trend:

SİMA Rəqəmsal Həllər Platformasının məhsulları “Yelo Bank”ın 3müxtəlif xidmətinə inteqrasiya edilib. Bunlar məsafədən bankhesabının açılması, onlayn investisiya və rəqəmsal kart sifarişixidmətləridir.

İndi fərdi sahibkarlar SİMA-nın “KYC Videozəng” həlli vasitəsilə“Yelo Business” tətbiqində məsafədən bank hesabı aça bilərlər.Xidmət tamamilə ödənişsizdir və 5 dəqiqədən az vaxt tələb edir.Yeni istifadəçilər üçün tətbiqdə sənədlərin “SİMA İmza” iləimzalanması və “SİMA KYC Videozəng” vasitəsilə identifikasiyaedilməsi kifayətdir. Bankın cari müştəriləri isə xidmətdənvideozəng çağrısı olmadan, sadəcə “SİMA İmza” vasitəsilə yararlanabilərlər.

“Yelo Bank”da SİMA rəqəmsal imza ilə həyata keçirilən daha birxidmət isə yeni rəqəmsal kartın əldə edilməsidir. Artıq Bankıntətbiqində “Yelo” rəqəmsal kartını “SİMA İmza” ilə anındaaktivləşdirərək, filiala getmədən dərhal istifadə etməkmümkündür.

SİMA haqqında

SİMA Rəqəmsal Həllər Platforması AZCON Holding şirkətlərindənolan AzInTelecom tərəfindən yaradılıb. Platformaya daxil olan SİMArəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və yafiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza”mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçməkkifayətdir.

“SİMA KYC” isə real vaxt rejimində şəxsin identifikasiyasınıaparmaq imkanı verən rəqəmsal həlldir. “SİMA KYC” şəxsiyyətintəsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə olunabilər.

Chosen
19
11
az.trend.az

10Sources