EN

Gəncədə keçiriləcək III MDB Oyunlarına hazırlıq gedir - FOTOLAR

Gəncə şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıqla bağlı şəhərin estetik görünüşünün yaxşılaşdırılması, mövcud yaşıllıqların mühafizəsi və qiymətləndirilməsi məqsədilə küçə, prospekt və parklarda quru, qəzalı, o cümlədən xəstəliyə yoluxmuş ağacların mərhələli şəkildə əvəzlənməsinə başlanılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Cebheinfo.az”-a verilən məlumata görə, götürülən ağacların yerinə mövsümdə - sentyabr ayında  iqlim və torpaq şəraitinə uyğun yeni ağaclar əkiləcək.

Qurumuş və qəzalı ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən şəhər ərazisində monitorinqlər aparılıb. Belə ki, 500-dən çox bioloji inkişafdan qalmış, quru və qəzalı ağac müəyyən olunaraq inventarlaşdırılır, onların qeydiyyatı və nömrələnməsi işlərinə başlanılıb.

İnventarlaşdırılmış ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatları ictimaiyyət www.agac.az səhifəsindən izləyə biləcək.

Qeyd edək ki, qurumuş və qəzalı ağacların götürülməsi və yerinə yeni ağacların əkilməsi işləri ETSN-in aidiyyəti qurumlarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub.

“Cebheinfo.az”

Chosen
32
14
cebheinfo.az

10Sources