EN

"Kapital Bank" 5 nominasiyada mükafata layiq görüldü

Ölkənin birinci bankı "Kapital Bank" dünyanın ən nüfuzlu biznes mükafatlarından biri olan, “İş dünyasının Oskarı” kimi dəyərləndirilən “Stevie Awards” proqramında 5 kateqoriya üzrə mükafat qazanıb.

2002-ci ildən etibarən keçirilən “Stevie Awards”, dünyada ən çox iştirakçının qatıldığı beynəlxalq biznes mükafat proqramlarından biridir. 2025-ci ildə proqramda Beynəlxalq Biznes Mükafatları (“International Business Awards”) çərçivəsində 78 ölkədən 3800-dən çox müraciət dəyərləndirilib və yüzlərlə beynəlxalq layihə 22 əsas, 661 alt kateqoriyada yarışıb.

İnnovativ texnologiyaların tətbiqi və müştəriyönümlü proseslərlə bağlı layihələrlə proqrama qatılan Kapital Bank “İstehlakçı xidmətləri” nominasiyasında proqramın qızıl mükafatı “Gold Stevie Winner”, “İstehlakçı xidmətləri üzrə ilin liderlik kampaniyası”, “İlin müştəri xidməti departamenti”, “Müştəri xidmətləri üzrə həllər”“Müştəri məmnuniyyətində nailiyyət” nominasiyalarında isə “Silver Stevie Winner” gümüş mükafatlarına layiq görülüb.

"Kapital Bank"ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov bu haqda fikirlərini bölüşüb:

Chosen
4
28
publika.az

10Sources