EN

Sentyabrın 1-dən etibarən gel-laklar QADAĞAN EDİLƏCƏK

1 sentyabr 2025-dən etibarən Aİ-də TPO tərkibli gel-laklar qadağan ediləcək.

İnterpress.az xəbər verir ki, Avropa İttifaqında 1 sentyabr 2025-ci ildən tərkibində TPO — trimetilbenzoyil difenilfosfin oksid olan gel-lakların istifadəsi qadağan olunacaq.

Sözügedən maddə reproduktiv sağlamlıq üçün təhlükəli hesab edilir və sonsuzluğa səbəb ola bilər.

TPO çox vaxt gel-lakların və UV-gellərin tərkibində olur və bu məhsullar hələ də satışdadır.

Mütəxəssislər istifadəçilərə “5-free” və ya “7-free” nişanlı — toksik komponentlərdən azad məhsullara üstünlük verməyi tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
73
interpress.az

1Sources