EN

Overçuk: "Moskva "Tramp yolu"nu dəstəkləyir"

Bu sözləri Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk yerli mətbuatamüsahibəsindədilə gətirib. O diqqətə çatdırıb ki, üçtərəfli saziş əsasında yaradılan "Tramp yolu" layihəsi tərəflərin xeyrinədirsə, Moskva da bu layihəni dəstəkləyir.

"Bu məsələni nəzərdən keçiririk. Ermənistan strateji müttəfiqimizdir. Əgər Ermənistan düşünürsə ki, nəsə onlar üçün faydalıdır, əlbəttə, biz də öz töhfəmizi verərik. Ümumiyyətlə, Cənubi Qafqazdamaraqlarımıza cavab verən sülh prosesini dəstəkləyirik",- müavin vurğulayıb.

Digər tərəfdən, dünən ABŞ-nin "Fox News" telekanalına müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Vaşinqtonla imzalanmış saziş və bəyannamədə həm İran, həm də Rusiya üçün nəzərəçarpan real faydalar var.
Paşinyan:"Sazişin İran və Rusiyaya da faydası var"

"Sazişin icrası başlayanda İran Fars körfəzindən Qara dənizə dəmir yolu ilə çıxış qazanacaq, eyni zamanda, adları çəkilən ölkələr arasında dəmir yolu əlaqəsi yaranacaq. Nəzərə alsaq ki, hazırda Cənubi Qafqazdan keçməklə İranı Rusiya ilə birləşdirən dəmir yolu yoxdur, deməli, bu imkandan təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə yox, həm də Rusiya və İran çox mühüm, hətta misilsiz iqtisadi fayda götürəcək",- Paşinyan söyləyib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar. Mərasimdə Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını bildirib.

Firudin Həmidli
AzVision.az
Chosen
26
1
azvision.az

2Sources