EN

Overçuk gələn həftə Azərbaycan tərəfi ilə görüşəcəyini bildirib

Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsini müzakirə edəcək.

Day.Az bu barədə xarici KİV-lərə istinadən məlumat verir.

 

"Gələn həftənin sonunda mənim də Azərbaycan tərəfi ilə görüşüm nəzərdə tutulub. Biz bu məsələlərə də Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına baxacağıq", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan tərəfindən bu görüş barədə rəsmi məlumat yoxdur.

Chosen
20
3
day.az

4Sources